• 20 May 2025
logo
Dünyada son sutkada koronavirusa 763 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 763 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 763 656 nəfər koronavirusa yoluxub, 12 260 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 148 329 348 yoluxma hadisəsi, 3 128 962 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın, demək olar ki, 50 faizi Cənub-Şərqi Asiyanın (376 684) payına düşür. Digər yerləri isə Avropa (181 039) ilə Şimali və Cənubi Amerika (134 967) bölüşür.