• 3 Dekabr 2021
logo
Ekvadorda məhkumlar arasındakı qarşıdurmada 4 nəfər ölüb, 12 nəfər yaralanıb

Ekvadorda məhkumlar arasındakı qarşıdurmada 4 nəfər ölüb, 12 nəfər yaralanıb

Ekvadorun ən böyük şəhərlərindən olan Quayakildə yerləşən həbsxanada məhkumlar arasında qarşıdurma baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb.

Polisin müdaxiləsi nəticəsində vəziyyət nəzarət altına alınıb.

Yaralıların tibb mərkəzlərinə yerləşdirildiyi bildirilib.

Ekvadorun Daxili İşlər naziri Qabriel Martinez “Twitter” səhifəsində yazıb ki, ölkənin bütün həbsxanalarda təhlükəsizlik tədbirləri artırılıb.

Qeyd edək ki, ölkədə bu ilin fevral ayında analoji hadisə baş verib, Bir sıra həbsxanalarda məhkumlar təhlükəsizlik əməkdaşlarını girov götürüb. İğtişaşlar nəticəsində 79 nəfər həlak olub.