• 8 Dekabr 2021
logo
Avropa Parlamenti Britaniya ilə Aİ arasında imzalanmış Ticarət və Əməkdaşlıq sazişini təsdiqləyib

Avropa Parlamenti Britaniya ilə Aİ arasında imzalanmış Ticarət və Əməkdaşlıq sazişini təsdiqləyib

Avropa Parlamenti Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında imzalanmış Ticarət və Əməkdaşlıq sazişini təsdiqləyib.

Avropa Parlamentinin 660 deputatı bu sazişin lehinə, 5 deputat isə əleyhinə səs verib.

32 deputat isə səsvermədə iştirak etməyib.
Avropa Parlamentinin bu sazişi təsdiqləməsi ilə Britaniyanın 47 illik Aİ üzvlüyünü sona çatdırması üçün dörd ildir davam edən danışıqlar və tərəflər arasındakı inamsızlıq sona çatır.

Aİ Şurasının Prezidenti Şarl Mişel bildirib ki, bu sazişin təsdiqlənməsi ilə Aİ-Britaniya münasibətlərində yeni dövr başlayır: “Avropa İttifaqı Britaniya ilə vacib bir dost və ortaq olaraq konstruktiv şəkildə çalışmağa davam edəcək”.