• 4 Dekabr 2021
logo
Əfqanıstanda hərbçilər minaya düşüblər, 5 hərbçi ölüb

Əfqanıstanda hərbçilər minaya düşüblər, 5 hərbçi ölüb

Əfqanıstan ordusunun azı beş əsgəri Herat əyalətində minanın partlaması nəticəsində ölüb.

APA xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadən yazıb.

Məlumata görə, Şindand bölgəsində qarşıdurmalar davam edir və daha dörd əsgər yaralanıb. Digər təfərrüatlar barədə məlumat verilməyib.