Gürcüstan Prezidenti Salome Zurabişvili müxalif lider Giorgi Ruruanın əfvi barədə fərman imzalayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə S. Zurabişbili özünün sosial media hesabında paylaşım edib.
“Mən razılaşmanın birinci mərhələsinin yerinə yetirilməsini alqışlayıram. Öz tərəfimdən sözümü tutaraq əfv fərmanını imzaladım”, - deyə Gürcüstan Prezidenti qeyd edib.
Xatırladaq ki, G. Ruruanın həbsdən azad edilməsi müxalifətin dialoq prosesində hakimiyyət qarşısındakı əsas tələblərindən biri idi. G. Rurua 2019-cu ilin 18 noyabrında odlu silahların qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə saxlanılıb. O, 30 iyul 2020-ci il tarixində Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən 4 il müddətinə məhkum edilib. G. Rurua müxalifyönlü “Mtavari Arxi” telekanalın əsas hissədarlarından biridir.