• 7 Dekabr 2021
logo
Merkel “Sputnik V” peyvəndinin alınması ilə bağlı Almaniyanın şərtini açıqlayıb

Merkel “Sputnik V” peyvəndinin alınması ilə bağlı Almaniyanın şərtini açıqlayıb

Almaniya kansleri Angela Merkel yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Rusiya istehsalı “Sputnik V” peyvəndinin alınması ilə bağlı ölkəsinin şərtini açıqlayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Almaniya kansleri vaksinlərin məhz Avropa İttifaqının müvafiq qurumu tərəfindən sertifikasiya olunmasını vacib sayıb.

Onun sözlərinə görə, bu proses vaxtında tamamlansa, ittifaq ölkələri onu idxal edə bilər.
Qeyd edək ki, bu ilin martında A. Merkel Rusiya tərəfinin vaksinlərlə bağlı ölkəsinə təqdim etdiyi məlumatların indiki mərhələdə onların Avrozonaya idxalı üçün yetərli olmadığını bəyan edib. Həmin vaxt o, Avropa İttifaqının bu məsələdə ortaq fikrə gəlməsinin önəmini vurğulayıb.