• 8 Dekabr 2021
logo
Hindistanın baş naziri ölkədəki COVID-19-la bağlı vəziyyəti "koronavirus qasırğası" adlandırıb

Hindistanın baş naziri ölkədəki COVID-19-la bağlı vəziyyəti "koronavirus qasırğası" adlandırıb

“Hindistanı “koronavirus qasırğası” sarsıdıb”.

APA “Reuters”ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Narendra Modi bildirib.

“İlk infeksiya dalğası ilə apardığımız uğurlu mübarizə bizi ruhlandırdı, ancaq bu fırtına millətimizi sarsıtdı”, - Modi belə deyib.

Hindistan hökumətinin başçısı COVID-19-a yoluxma sayında müşahidə olunan gündəlik rekord artıma bu cür reaksiya verib. Son 24 saat ərzində ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 349 min nəfər təşkil edib.

Dehli xəstəxanaları ciddi tibbi oksigen və çarpayı çatışmazlığı səbəbindən koronaviruslu xəstə qəbul etməkdən imtina edirlər. Cümə günü azı 25 COVID-19 xəstəsi Dehli xəstəxanasında oksigen çatışmazlığından ölüb. Həkimlər xəstələrin axınının öhdəsindən gələ bilməyəcəklərini bildirirlər.