• 9 Dekabr 2024
logo
İranın XİN rəhbəri Yaxın Şərqdə regional dialoqa ehtiyac olduğunu bildirib

İranın XİN rəhbəri Yaxın Şərqdə regional dialoqa ehtiyac olduğunu bildirib

“Yaxın Şərq bölgəsi ölkələri arasında dialoq təşkil edilməsinə ciddi ehtiyac var”.

APA TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Qətərin paytaxtı Dohada bu ölkənin XİN rəhbəri Məhəmməd ibn Əbdül Rəhman Əl-Tani ilə danışıqlar zamanı bildirib.

“İranın xarici işlər naziri qeyd edib ki, Tehranın yanaşması bölgə ölkələri arasında münasibətlərin inkişafına yönəldilib, eyni zamanda regional dialoqun təşkilini alqışlayıb və bunu ciddi zərurət adlandırıb”, - İran XİN-in mətbuat xidmətinin açıqlamasında belə deyilir.

Eyni zamanda Zərif “iki ölkənin sahib olduğu potensialı nəzərə alaraq ticarət, iqtisadiyyat və investisiya sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb”.

Qətərin XİN rəhbəri isə öz növbəsində əlavə edib ki, “iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin gücləndirilməsi üçün növbəti birgə komissiya Dohada keçiriləcək”.

Bundan başqa, bazar günü Cavad Zərif Qətər əmiri Şeyx Tamim ibn Həməd Əl-Taninin qəbulunda da olub. Tərəflər ikitərəfli münasibətlərin inkişafını, bölgədəki vəziyyəti, həmçinin nüvə anlaşması ilə bağlı məsələləri müzakirə ediblər.