• 28 Noyabr 2021
logo
ABŞ-da "Oskar" mükafatı təqdim olunur

ABŞ-da "Oskar" mükafatı təqdim olunur

ABŞ-ın Los-Anceles şəhərində Amerika kinoakademiyasının nüfuzlu mükafatı olan “Oskar” mükafatının təqdimetmə mərasimi keçirilir.

Mərasim “Okko” multimedia xidməti tərəfindən yayımlanıb.

Hazırda “Ən yaxşı orijinal ssenari”, “Ən yaxşı uyğunlaşdırılmış ssenari”, “Ən yaxşı xarici film” və “Ən yaxşı köməkçi aktyor” nominasiyaları üzrə qaliblər elan olunub.
Beləcə, mükafat ən yaxşı orijinal ssenari üçün “Ümidlər verən qadın” (Promising Young Woman) filminə, ən yaxşı uyğunlaşdırılmış ssenari Florian Zellerin “Ata” ( The Father) filminə təqdim olunub. Danimarka rejissoru Tomas Vintenberqin çəkdiyi “Daha bir dəfə” (Another Round) filmi ən yaxşı xarici film olaraq seçilib.