• 28 Noyabr 2021
logo
İranda ötən sutkada COVID-19-dan 380 nəfər ölüb

İranda ötən sutkada COVID-19-dan 380 nəfər ölüb

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 380 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 68 746 nəfərə yüksəlib.

Bildirilib ki, İranda ötən 24 saat ərzində 22 904 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2 358 809 nəfərə çatıb. Koronavirus daşıyıcılarından 5 107 nəfərin vəziyyəti ağır qiymətləndirilir.