• 3 Dekabr 2021
logo
Rusiyada son sutkada COVID-19-dan 398 nəfər ölüb

Rusiyada son sutkada COVID-19-dan 398 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 8840 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 744 961 nəfərə çatıb.

Son sutka ərzində 398 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 107 501 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.