• 28 Noyabr 2021
logo
Hindistanda xəstəxanada yanğın nəticəsində 13 koronaviruslu xəstə ölüb

Hindistanda xəstəxanada yanğın nəticəsində 13 koronaviruslu xəstə ölüb

Hindistanın Maharaştra ştatında koronavirusa yoluxanların müalicə olunduğu xəstəxanada yanğın baş verib.

APA yerli “ANI” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində reanimasiyada müalicə alan 13 xəstə ölüb.

Xəstələrin qalan hissəsi yaxınlıqdakı tibb müəssisələrinə köçürülüb.

Yanğın, təxminən iki saata söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır.

Xatırladaq ki, aprelin 21-də Hindistanda digər ştatda yerləşən xəstəxanada oksigen aparatında qaz sızması nəticəsində 22 koronavirusa yoluxan xəstə ölmüşdü.