Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfər edib.
Trend-in məlumatına görə, bu barədə Belarus prezidentinin mətbuat xidməti bildirib.
A.Lukaşenkonun Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.
Görüş zamanı ikitərəfli əməkdaşlığın, ticari-iqtisadi münasibətlərin inkişafının müzakirəsi nəzərdə tutulur.