• 8 Dekabr 2021
logo
Britaniya iqlim dəyişikliyi ilə bağlı ən iddialı hədəfini açıqlayıb

Britaniya iqlim dəyişikliyi ilə bağlı ən iddialı hədəfini açıqlayıb

Böyük Britaniya 1990-cı illə müqayisədə karbon emissiyalarını 2035-ci ilədək 78 faiz azaldacaq.

APA-nın Britaniya hökumətinin saytına istinadən verdiyi xəbərə görə, Müstəqil İqlim Dəyişikliyi Komitəsinin tövsiyəsinə uyğun olaraq, hökumətin qəbul etdiyi altıncı karbon büdcəsi 2033-cü ildən 2037-ci ilədək 5 illik dövrdə yayılacaq istixana qazlarının həcmini məhdudlaşdıracaq və Britaniyanın 2050-ci ilə qədər hədəflədiyi karbon emissiyalarının sıfıra endirilməsi istiqamətində hədəfin dörddə üçündən çoxuna nail olmağa imkan verəcək.

İlk dəfə karbon büdcəsi Britaniyanın beynəlxalq aviasiya və gəmiçilik sahələrindəki emissiya payını da özündə birləşdirəcək. Bu gün parlamentdə müəyyənləşdiriləcək öhdəliklərlə bu yeni hədəf 2021-ci ilin iyunun sonunadək qanunda öz əksini tapacaq.
Qeyd edək ki, aprelin 22-də ABŞ Prezidenti Co Baydenin təşəbbüsü əsasında keçiriləcək İqlim Sammitinin açılışında çıxış edəcək Britaniyanın Baş naziri Boris Conson ölkələri iqlim dəyişikliyi ilə bağlı ambisiyalara və Britaniyanın hədəflərinə qoşulmağa çağıracağını bildirib.