• 26 Aprel 2024
logo
Hindistanda son sutkada 295 041 nəfər koronavirusa yoluxub

Hindistanda son sutkada 295 041 nəfər koronavirusa yoluxub

Hindistanda son sutkada koronavirusa 295 041 nəfər yoluxub, 2 mindən artıq insan ölüb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu, pandemiya yayılandan Hindistanda qeydə alınan ən böyük sutkalıq göstəricidir.

Hindistan koronavirusa yoluxma sayına görə dünyada ikinci yerdədir. İndiyədək bu ölkədə 15,6 milyon insan virusa yoluxub. 182 min nəfər isə ölüb.