“Şərq Tərəfdaşlığı”nın dəstəklənməsi Avropa İttifaqı (Aİ) üçün böyük önəm daşıyır.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Tbilisidə səfərdə olan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Gürcüstan Prezidenti Salome Zurabişvili ilə mətbuata birgə açıqlamasında deyib.
“Aİ “Şərq Tərəfdaşlığı”nın dəstəklənməsi üçün 5 əsas prinsipə sadiqdir. Biz Rusiya hərbi qüvvələrinin Ukrayna ilə sərhəddə güclənməsindən, ilhaq edilən Krımdakı vəziyyətdən xəbərdarıq. Aİ bu böhranın aradan qaldırılması üçün konkret addımlar atır”, - deyə Ş. Mişel bildirib.
O, Aİ-nin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyinin sarsılmaz olduğunu qeyd edib.