• 24 Aprel 2024
logo
Merkel AŞPA-da çıxışında Navalnının vəziyyətindən narahatıq olduğunu bəyan edib

Merkel AŞPA-da çıxışında Navalnının vəziyyətindən narahatıq olduğunu bəyan edib

"Biz Aleksey Navalnı ilə bağlı vəziyyətdən olduqca narahatıq. Almaniya digər ölkələrlə birgə onun lazımi tibbi yardım alması üçün əlindən gələn hər şeyi edir".

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu sözləri Almaniya Kansleri Angela Merkel Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiya zamanı deyib.

O bildirib ki, Rusiya ilə Almaniyanın münasibətlərini çətinləşdirən konfliktlər var.
"Ancaq biz bir-birimizlə dialoqu davam etdirməliyik",- deyə çıxışında bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden də daxil olmaqla bir çox ölkənin dövlət və hökumət başçıları A. Navalnının vəziyyətindən narahat olduqlarını bildiriblər. ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri deyib ki, A. Navalnı öləcəyi halda bunun Rusiya üçün "nəticələri" olacaq.

Dünyanın 70-dən çox görkəmli yazıçısı, sənətçisi və akademiki A.Navalnının müayinə və müalicəsinin təmin olunması barədə çağırış edib.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, bloger A. Navalnı ötən il avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib, təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb. Almaniya A. Navalnıdan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə "Noviçok" qrupuna aid olan sinir iflicedici maddənin izlərinin tapıldığını bəyan edib. O, Almaniyada müalicə olunub. Müalicə bitdikdən sonra Rusiyaya qayıdan A. Navalnı hava limanında həbs edilib.