• 28 Mart 2024
logo
ABŞ-ın Moskvadakı səfiri məsləhətləşmələr üçün Vaşinqtona gedir

ABŞ-ın Moskvadakı səfiri məsləhətləşmələr üçün Vaşinqtona gedir

ABŞ-ın Moskvadakı səfiri Con Sullivan məsləhətləşmələr üçün Vaşinqtona gedəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, səfir bu həftə Vaşinqtona gedəcəyini deyib.

"Düşünürəm ki, ABŞ-Rusiya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti barədə Vaşinqtonda Bayden Administrasiyasındakı yeni həmkarlarımla birbaşa danışmağım vacibdir. Önümüzdəki həftələrdə, Bayden və Putin arasındakı görüşdən əvvəl Moskvaya qayıdacağam", - deyə səfir bildirib.

Rusiya XİN başçısı Sergey Lavrov aprelin 16-da keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov səfir Sullivanla görüşdə məsləhətləşmələr üçün ona Vaşinqtona getməsini tövsiyə edib.

Qeyd edək ki, bu günlərdə Rusiya və ABŞ arasında münasibətlər gərginləşib. ABŞ Prezidenti aprelin 15-də Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb. Aprelin 16-da isə Rusiya Federasiyası ABŞ-a qarşı cavab tədbirləri elan edib.