• 8 Dekabr 2021
logo
Pentaqon: Rusiya Ukrayna ilə sərhədə 2014-cü ildəkindən daha çox qoşun cəmləyib

Pentaqon: Rusiya Ukrayna ilə sərhədə 2014-cü ildəkindən daha çox qoşun cəmləyib

“Rusiya Ukrayna ilə sərhədə 2014-cü ildəkindən daha çox qoşun cəmləyib və bu, narahatlıq doğurur”.

APA-nın xəbərinə görə, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Körbi jurnalistlərə açıqlamasında deyib.

C. Körbi Rusiyanın bu addımını hərbi təlimlərlə əlaqələndirməsinə baxmayaraq, məqsədin Pentaqon üçün aydın olmadığını bildirib.

C. Körbi Rusiya qoşunlarının sayı və ya qoşun növləri ilə bağlı məlumat verməyəcəyini deyib.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell bir qədər əvvəl Rusiyanın Ukrayna ilə sərhədə 150 mindən çox hərbçi yığdığını açıqlayıb.