• 14 Oktyabr 2019
logo
add image
İranda "naməlum virus" var?

İranda "naməlum virus" var?

İranın cənub-qərbində yerləşən Çahar-Mahal və Bəxtiyari vilayətinin Çinar Mahmudi kəndində naməlum virus yayılıb.
Trend-in məlumatına görə, vilayətin Səhiyyə və Müalicə Mərkəzinin direktoru Raşid Cəzayeri də məsələnin araşdırıldığını bildirib.
Məlumata görə, təxminən 10 nəfər həmin virusa yoluxub. Qeyd edilir ki, təxminən 2 ay öncə kəndin bəzi sakinləri diabet analizi veriblər. Onların bəzisində HIV virusunun olması şübhəsi yaranıb.
Parlamentin səhiyyə və müalicə komitəsinin sədr əvəzi Murtaza Xatəmi virusun HİV olduğunu təsdiqləyib.