• 8 Dekabr 2021
logo
Tramp: “Putinlə çox yaxşı yola gedirdim, o məni, mən də onu bəyənirdim”

Tramp: “Putinlə çox yaxşı yola gedirdim, o məni, mən də onu bəyənirdim”

ABŞ-ın sabiq Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərindən danışıb.

APA-nın xəbərinə görə, bu barədə Donald Tramp “Fox News” kanalına müsahibəsində deyib.

“Mən Prezident Putinlə çox yaxşı yola gedirdim, onu bəyənirdim, o da məni bəyənirdi. Bu, yaxşıdır, pis bir şey deyil”, - deyə Donald Tramp bildirib.

ABŞ-ın keçmiş Prezidenti Şimali Koreya Prezidenti Kim Çen Inla da münasibətlərinə toxunub.

“Mən prezident seçilməzdən qabaq Şimali Koreya ilə münasibətlər pis idi, müharibə ola bilərdi. Lakin müharibə olmadı, bu, yaxşıdır”, - deyə Donald Tramp qeyd edib.