• 29 Mart 2024
logo
Boris Conson Avropa Super Liqasının yaradılmasının əleyhinədir

Boris Conson Avropa Super Liqasının yaradılmasının əleyhinədir

Böyük Britaniyanın Baş naziri Boris Conson Avropa Super Liqasının yaranmasına etiraz edir.

APA xəbər verir ki, Baş nazir bu barədə "tvitter"hesabında paylaşım edib.

O bu addımın futbolu məhvə aparacağını bildirib

“Bu qərar futbol azarkeşlərinin narahatlığına səbəb olacaq. Klublar bu addıma görə azarkeşlərə və daha geniş futbol ictimaiyyətinə cavab verməlidir”, - o əlavə edib.

Xatırladaq ki, İngiltərə, İspaniya və İtaliyanın 12 futbol klubu Avropa Super Liqası adlı yeni bir turnir təşkil etməyi qəbul etdikləri açıqlayıb.