• 11 Noyabr 2024
logo
UEFA FİFA və liqaların rəhbərləri ilə təcili yığıncaq çağırıb

UEFA FİFA və liqaların rəhbərləri ilə təcili yığıncaq çağırıb

UEFA təcili yığıncaq çağırıb.

Apasport.az saytının məlumatına görə, gündəm yeni yaradılan Superliqa olacaq.

İclasda qitə futbol qurumu ilə yanaşı, FİFA, İngiltərə Premyer Liqası və İtaliya A seriyası rəhbərləri də iştirak edəcək. Toplantıda Superliqaya qatılacaq klubların daxili birinciliklərdən çıxarılması qərarı müzakirə olunacaq.

Qeyd edək ki, Superliqada hələlik 12 klubun - “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus”un iştirakı təsdiqlənib.