• 6 Dekabr 2021
logo
Rusiyada peyvənddən sonra anticisimləri müəyyənləşdirən ekspres test hazırlanıb

Rusiyada peyvənddən sonra anticisimləri müəyyənləşdirən ekspres test hazırlanıb

Rusiyanın "Rapid BİO" şirkəti "Avivir" əczaçılıq şirkəti ilə birgə peyvəndləmədən sonra orqanizmdə anticisimlərin müəyyənləşdirilməsi üçün ekspres testi qeydiyyatdan keçirib.

Trend-in məlumatına görə, həmin testin nəticəsi 15 dəqiqə ərzində məlum olacaq.

Nəticələrin 96 faiz dəqiqliklə açıqlandığı bildirilir.

Qeyd olunur ki, ekspres testin reagentləri "Sputnik V" vaksininə uyğunlaşdırılıb.