• 11 Noyabr 2024
logo
Yunanıstan həftədə 4 minə qədər rusiyalı turistin ölkəyə giriş icazəsini aprelin 26-dək qədər uzadıb

Yunanıstan həftədə 4 minə qədər rusiyalı turistin ölkəyə giriş icazəsini aprelin 26-dək qədər uzadıb

Yunanistan hökuməti həftədə 4 minə qədər rusiyalı turistin hava yolu ilə ölkəyə giriş icazəsini aprelin 26-dək qədər uzadıb.

APA TASS-a istinadən xəbər verir ki, iki ölkənin nazirlərarası razılaşma əsasında bu qərara gəlinib.

Razılaşmaya görə, rusiyalı ziyarətçilər Yunanıstana səfər zamanı koronavirus testi verməli, cavab mənfi olarsa, oteldə yerləşmələri üçün təsdiq edilmiş çek ala biləcəklər.

Xatırladaq ki, həftədə 500-ə qədər rus turistin ölkəyə daxil olmasına icazə verən rəsmi icazə ötən il sentyabrın 7-dən 21-dək qüvvədə idi. Martın 21-də bu kvota həftədə 4000 nəfərə çatdırılıb.