• 7 Dekabr 2021
logo
Bayden Cənubi Koreya prezidentilə mayda Vaşinqtonda görüşəcək

Bayden Cənubi Koreya prezidentilə mayda Vaşinqtonda görüşəcək

Koreya Respublikasının Prezidenti Mun Çje İn may ayının ikinci yarısında Vaşinqtona səfər edəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.

"ABŞ prezidenti Co Bayden Koreya Respublikasının prezidenti ilə mayın ikinci yarısında Ağ Evdə görüşü səbirsizliklə gözləyir, hələ müəyyən tarix üzərində işləyirik", - mətbuat katibi deyib.

Psakinin sözlərinə görə, səfər iki ölkənin xarici və müdafiə qurumları rəhbərlərinin Seuldakı danışıqları çərçivəsində, habelə 2 aprel tarixində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin Cənubi Koreyadakı həmkarları ilə məsləhətləşmələri zamanı gündəmə gətirilib. Səfər iki ölkə arasındakı "birliyi, uzunmüddətli əlaqələri və dostluğu vurğulayacaq".