• 4 Dekabr 2021
logo
Rusiya üç Polşa diplomatını ölkədən xaric edəcək

Rusiya üç Polşa diplomatını ölkədən xaric edəcək

Rusiya Varşavanın üç rusiyalı diplomatını "persona non qrata" elan etməsinə cavab olaraq üç Polşa diplomatını ölkədən xaric edəcək.

Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, daha əvvəl Polşa üç rusiyalı diplomatı "persona non qrata" elan edib. Bu barədə Polşanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Xatırladaq ki, aprelin 15-də ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu sanksiyalar çərçivəsində on rusiyalı diplomat Vaşinqtondan xaric ediləcək.