• 29 Mart 2024
logo
Rusiyada son sutkada daha 8995 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutkada daha 8995 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutka ərzində daha 8995 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 684 148 nəfərə çatıb.

Son sutka ərzində 397 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 104 795 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.