Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1085 yoluxma halı qeydə alınıb, 7 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 291 214, ölənlərin sayı isə 3 901 nəfərə çatıb.
Virusa yoluxanlardan 278 683 nəfərin sağaldığı bildirilir.