• 7 Dekabr 2021
logo
Rusiyada son sutkada koronavirusdan 338 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 338 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 8123 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 657 883 nəfərə çatıb.

Son sutka ərzində 338 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 103 601 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.