• 28 Noyabr 2021
logo
İran XİN başçısı: “ABŞ sanksiyalarla Tehrandan heç bir güzəşt əldə edə bilməyəcək”

İran XİN başçısı: “ABŞ sanksiyalarla Tehrandan heç bir güzəşt əldə edə bilməyəcək”

ABŞ sanksiyalar yolu ilə Tehrandan heç bir güzəşt əldə edə bilməyəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Sanksiyalar vasitəsi ilə onlar güzəştlər əldə edə bilməyəcəklər. Onlar bu barədə düşünməyi dayandırmalıdırlar. Əgər onlar bu cür düşünməyi dayandırsalar, onda biz yoxlama mexanizmini işə salacağıq və sonra isə Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı üzərimizə götürdüyümüz öhdəliklərə qayıdacağıq”, - deyə İran XİN başçısı vurğulayıb.