• 12 Noyabr 2024
logo
Bayden Kristin Uormutu ABŞ-ın Müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürüb

Bayden Kristin Uormutu ABŞ-ın Müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürüb

ABŞ Prezidenti Co Bayden Kristin Uormutu ABŞ-ın Müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürüb.

APA-nın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın sabiq prezidenti Barak Obamanın rəhbərliyi dövründə K.Uormut Müdafiə nazirinin siyasi məsələlər üzrə müavini vəzifəsində çalışıb.

O, həmçinin, Ağ Evin Milli Təhlükəsizlik Şurasında da işləyib.

Bundan əvvəl K.Uormut Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin mütəxəssisi olub.