• 21 Noyabr 2019
logo
add image
60 yaşdan yuxarı sakinlər üçün qatar biletlərində endirim tətbiq olundu

60 yaşdan yuxarı sakinlər üçün qatar biletlərində endirim tətbiq olundu

“Rusiya dəmir yolları” artıq dünəndən 60 yaşdan yuxarı sakinlər üçün qatar biletlərində 50 faiz endirimin tətbiqinə başlayıb.
Trend-in məlumatına görə, belə bir qərar 1 oktyabr Beynəlxalq Ahıllar günü ilə əlaqədar qəbul edilib.
Qeyd olunur ki, endirim uzaq məsafəyə hərəkət edən qatarların kupe vaqonları üçün qüvvədə olacaq.
Bilet alınarkən pasport məlumatları daxil edildikdən sonra endirim avtomatik olaraq tətbiq olunacaq.
“Rusiya dəmir yolları” bu endirimlərin oktyabrın 2-dək etibarlı olduğunu bildirib.