İranın Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi Kaşan şəhərində uranı zənginləşdirmə zavodunda xəsarət alıb.
APA-nın Tehran bürosunun məlumatına görə, Kaşandakı uranı zənginləşdirmə zavoduna baxış keçirən B. Kəmalvəndinin hansı səbəbdən xəsarət aldığı açıqlanmasa da, onun ayağı və başında sınıqlar olduğu bildirilir.