• 8 Dekabr 2024
logo
İtaliyada son sutkada 718 nəfər koronavirusdan ölüb

İtaliyada son sutkada 718 nəfər koronavirusdan ölüb

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 18 938 nəfərin yoluxduğu təsdiqlənib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 718 nəfər bu virusdan ölüb ki, bu da ilin əvvəlindən bəri ölkədə ən yüksək sutkalıq göstəricidir. Həmçinin infeksiyadan ölənlərin ümumi sayı 113 579 nəfərə çatıb. Ölkədə hazırda 536 361 aktiv koronavirus xəstəsi var, onlardan 3603-ü ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində virusa yoluxmuş 3 736 526 nəfərdən 3 086 586 (son sutkada 26 175 nəfər) sağalıb.