• 7 Dekabr 2021
logo
İtaliyada mafiyaya qarşı əməliyyat: 30 nəfər saxlanılıb

İtaliyada mafiyaya qarşı əməliyyat: 30 nəfər saxlanılıb

İtaliyanın Siciliya vilayətində mafiya üzvlərinə qarşı xüsusi əməliyyat keçirilib.

Trend-in məlumatına görə, Messina şəhərində keçirilən əməliyyat zamanı 30 nəfər saxlanılıb.

Qeyd olunur ki, saxlanılanlar arasında 13 illik həbsdən sonra azadlığa çıxmış mafiya bossu Covanni Lo Duka da var.

Ötən gün İtaliya polisi bir neçə vilayətdə keçirdiyi əməliyyat zamanı 70 nəfəri saxlamışdı.