• 1 Dekabr 2021
logo
Hindistanda koronavirusa yoluxma üzrə rekord qeydə alındı

Hindistanda koronavirusa yoluxma üzrə rekord qeydə alındı

Hindistanda ötən sutka ərzində 132 minə yaxın koronavirusa yoluxma faktı qeydə alınıb.

Trend-in məlumatına görə, bu, pandemiya başlayandan sonra ölkədə qeydə alınan ən yüksək göstərici olub.

Hazırda Hindistan yoluxma hallarına görə dünyada üçüncü yerdə qərarlaşıb. Ölkədə bu günədək 13 milyondan çox şəxs koronavirusa yoluxub.

Ötən gün ölkədə 780 nəfər ölüb. Bu günədək koronavirusdan ölənlərin sayı 167 mini keçib.