Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 777 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 287 183, ölənlərin sayı isə 3 858 nəfərə çatıb. Virusa yoluxanlardan 276 426 nəfərin sağaldığı bildirilir.