• 20 May 2025
logo
Rusiyada koronavirusun bütün ştamlarını müəyyən edən test sistemi hazırlanıb

Rusiyada koronavirusun bütün ştamlarını müəyyən edən test sistemi hazırlanıb

Rusiyada koronavirusun bütün ştamlarını müəyyən edən test sistemi hazırlanıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Federal Tibbi-Bioloji Agentliyin Strateji Planlaşdırma Mərkəzi koronavirusun bütün ştamlarını müəyyən edən test sistemi üçün qeydiyyat sənədi alıb.

"Federal Tibbi-Bioloji Agentliyin Strateji Planlaşdırma Mərkəzi SARS-CoV-2 virusunun bioloji materialda (burun və boğazdan götürlən yaxmalarda) keyfiyyətli müəyyən edən “AmpliTest SARS-CoV-2 LAMP” reagent dəsti üçün qeydiyyat sənədini alıb”, - deyə məlumatda qeyd olunub.

Yeni test sistemi Rusiya ərazisində COVİD-19 virusunun bütün ştamlarını müəyyən edir. Bu, koronovirusu müəyyən edən testlər içərisində ən tez müəyyən edən test sistemi hesab olunur.