• 7 Dekabr 2021
logo
İranda koronavirusa yoluxanların sayı iki milyonu ötüb

İranda koronavirusa yoluxanların sayı iki milyonu ötüb

İranda ötən 24 saat ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 185 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, beləliklə İranda koronavirusdan ölənlərin sayı 63 884 nəfərə çatıb.

Nazirlik rəsmisi qeyd edib ki, İranda ötən sutka ərzində 22 586 nəfər koronavirusa yoluxub və xəstəliyə yoluxanların ümumi sayı 2 006 934 nəfərə yüksəlib.