• 18 Aprel 2021
logo
Rusiyada son sutkada koronavirusdan 365 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 365 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 8 672 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 614 834 nəfərə çatıb.

Son sutka ərzində 365 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 101 845 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.