• 4 İyul 2025
logo
İsrail hərbçiləri Dəməşq yaxınlığında suriyalı əsgərlərə aviazərbələr endirib

İsrail hərbçiləri Dəməşq yaxınlığında suriyalı əsgərlərə aviazərbələr endirib

İsrail Hərbi-Hava Qüvvələri tərəfindən Dəməşq yaxınlığında həyata keçirilmiş raket zərbələri nəticəsində azı dörd suriyalı əsgər yaralanıb.

APA xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.

Məlumata görə, aviazərbələr nəticəsində bir sıra obyektlərə ziyan dəyib. Yaralananların vəziyyəti barədə məlumat verilmir.