• 7 Dekabr 2021
logo
ÜST-ün Baş direktoru "Twitter" hesabından Azərbaycan Prezidentinə təşəkkür edib

ÜST-ün Baş direktoru "Twitter" hesabından Azərbaycan Prezidentinə təşəkkür edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Bu barədə T.A.Qebreyesus "Twitter" hesabında yazıb.

"BMT-nin İnsan Hüquqları Şurasında ədalətli, əlverişli, vaxtında və universal şəkildə COVID-19 peyvəndlərinə çıxışın əldə olunması ilə bağlı çağırışdakı liderliyinizə görə Prezident Əliyev, Sizə təşəkkür edirəm. Razıyam ki, biz vaksinlərin ədalətli paylanmasını təmin etmək üçün daha çox iş görməliyik. Peyvənd və sağlamlıq təminatı üçün birlikdə!" - deyə ÜST-ün Baş direktoru qeyd edib.