• 6 Dekabr 2021
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 285 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 285 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 687 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 285 645, xəstəlikdən ölənlərin sayı isə 3 840 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 275 547 nəfərin sağaldığı bildirilir.