• 25 May 2025
logo
BMT BA-nın Prezidenti: “Sədrliyim dövrümdə heç bir ölkədə hərbi çevrilişə dəstək verilməyəcək”

BMT BA-nın Prezidenti: “Sədrliyim dövrümdə heç bir ölkədə hərbi çevrilişə dəstək verilməyəcək”

Sədrliyim dövrümdə heç bir ölkədə hərbi çevrilişə dəstək verilməyəcək.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT Baş Assambleyasının (BA) Prezidenti, 75-ci Sessiyanın Sədri Volkan Bozkır Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib.

“Zəmanət verirəm ki, sədrliyim dövrümdə heç bir ölkədə hərbi çevrilişə dəstək verilməyəcək”, - deyə V. Bozkır vurğulayıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının Prezidenti Türkiyədən sonra Qətər və Azərbaycana da səfər edəcək.