• 7 Dekabr 2021
logo
Ermənistanda son sutkada COVID-19-a 760 nəfər yoluxub

Ermənistanda son sutkada COVID-19-a 760 nəfər yoluxub

Ermənistanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 197 873 nəfərə çatıb.

APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 760 nəfər COVID-19-a yoluxub, xəstəlikdən 13 nəfər ölüb.

Bununla da, Ermənistanda koronavirusdan ölənlərin sayı 3627 nəfərə çatıb.