• 18 May 2025
logo
Rusiyada Böyük Vətən müharibəsi veteranlarını təhqir etməyə görə cəza sərtləşdirilib

Rusiyada Böyük Vətən müharibəsi veteranlarını təhqir etməyə görə cəza sərtləşdirilib

Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsi veteranlarını təhqir etməyə görə cəzanın sərtləşdirilməsi haqda qanunu imzalayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, qanun Rusiyanın hüquq-informasiya internet portalında dərc olunub.

Qanuna görə, İkinci Dünya müharibəsi dövründə Sovet İttifaqının fəaliyyəti və Böyük Vətən müharibəsi veteranları haqqında yalan məlumatların yayılmasına görə vətəndaşları 3 milyon rubla qədər cərimə və 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.