• 28 Noyabr 2021
logo
Rusiyada son sutkada koronavirusdan 400 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 400 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 8792 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 563 056 nəfərə çatıb.

Son sutka ərzində 400 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 99 633 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.