• 4 Dekabr 2021
logo
Tayvanda qatar qəzası olub - 40 ölü

Tayvanda qatar qəzası olub - 40 ölü

Tayvanda sərnişin qatarının relsdən çıxması nəticəsində azı 40 nəfər həlak olub.

Trend-in məlumatına görə, 61 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə Hualyan qəzası ərazisində qatarın dağ tunelinə daxil olmasından sonra baş verib. Qatarın səkkiz vaqonunda 350-dən çox sərnişin olub.

Polis qəzaya yük maşınının qatar yoluna çıxmasının səbəb olduğunu ehtimal edir. Qeyd olunur ki, sürücü yük maşınını tərk etdikdən sonra avtomobil eniş boyunca hərəkət edərək dəmir yoluna çıxıb. Nəticədə qatar yük maşını ilə toqquşub.

Hadisə ilə əlaqədar yük avtomobilinin sürücüsü saxlanılıb.