• 7 Dekabr 2021
logo
Fransada karantin rejiminin tətbiqi nəticəsində 150 min mağaza bağlanacaq

Fransada karantin rejiminin tətbiqi nəticəsində 150 min mağaza bağlanacaq

Fransada karantin rejiminin tətbiqi edilməsi ölkədə 150 min mağazanın bağlanmasına səbəb olacaq.

APA xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat, Maliyyə və Yenidənqurma Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 20-də 19 departamentdə 90 mindən çox ticarət müəssisəsi bağlanıb. Aprelin 3-də isə digər bölgələrdə daha 60 min mağaza bağlanacaq. Yalnız ərzaq və apteklər işləyəcək.

İşsiz satıcılara müavinətin ödənilməsi üçün ayda azı 11 milyard avroya ehtiyacı olacağı vurğulanıb.